Xəbərlər
    İnternet-kartlar
        Geydiyyat
        Məlumat
        Haradan almag
     Gurma
        Dial-up
        Mail
    Müştərilər
 
 
  
 
 
  
 

Hazırki razılıq bundan sonra «İcraçı» adlandırılan «İntrans» şirkəti kartının sahibinə ünvanlanıb. Kartın sahibi və İcraçı arasında razılıq «Mən şərtləri qəbul edirəm» düyməsini basdıqdan sonra əldə olunur və müqavilə bağlanmış hesab edilir.

1. Müqavilənin predmeti

İcraçı kartın sahibi arasında müqavilənin qüvvədə olduğu müddətdə aşağıdakı xidmətlərin göstərilməsi üzrə öhdəlikləri öz üzərinə götürür:

  • Kommutasiyalaşdırılmış xətt üzrə İnternet şəbəkəsinə sutka boyu çıxışı təqdim etmək

    2. Tərəflərin məsuliyyəti

    İcraçı öhdəsinə götürür:

  • Müqavilə il müəyyən olunan şərtlərə Kart sahibi tərəfindən riayət olunmaqla Kart sahibinə bu Razılığı qəbul etdikdən və qeydiyyat formasını düzgün doldurduqdan sonra Müqavilə predmeti üzrə xidmətləri təqdim etmək.
  • İcraçının günahı olması şərtilə Kart sahibinə xidmətin təqdim edilməsində bütün real fasilələri vaxtaşırı aradan qaldırmaq.
  • Xidmətin təqdim olunmasından imtina aşağıdakılarla əsaslanmalıdır:
    • Xidmətin təqdim olunması dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə, insanların səhhətinə və təhlükəsizliyinə təhlükə yaratdıqda;
    • Təbii maneə nəticəsində xidmətin təqdim olunması qeyri mümkündür;
    • İstifadəçi hazırkı qaydalarla razılaşmırsa;
    • İstifadəçi rabitə cihazlarından qanunsuz məqsədlər üçün istifadə etdikdə və ya Xidməti qanunsuz üsullarla əldə etdikdə.

    Kart sahibi öhdəsinə götürür:

  • Bu Müqavilənin icrası ilə əlaqədar olan dəyişiklikləri İcraçının veb serverinə müraciət etməklə mütəmadi izləmək və İcraçıya əlaqə məlumatlarının və rekvizitlərinin dəyişikliyi barədə xəbər vermək;
  • İnternet şəbəkəsinə çıxışdan istifadə etməklə İcraçıya, onun işçilərinə və 3-cü şəxslərə hər hansı zərəri (mənəvi zərə daxil olmaqla) vurmamaq. Kartın sahibi və İcraçı Kart sahibinin qeydiyyat informasiyasının (daxil olma adı və şifrəni) məxfiliyini qorumağı öhdəsinə götürürlər. İcraçı Kart sahibinə, özünün qeydiyyat informasiyasının açıqlanması nəticəsində dəyən hər hansı zərərə görə məsuliyyət daşımır.

    3. Tərəflərin məsuliyyəti

  • Bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud lazimi qaydada yerinə yetirilməməsinə görə və ya digər tərəfə vurduqları zərərə İcraçı və Sifarişçi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
  • Qəsdən zərərvurma faktları aşkarlandıqda , İcraçı Kart sahibinə təqdim olunan xidmətləri müvəqqəti saxlamaq hüququnu özündə saxlayır
  • Kart sahibi şəbəkə ilə ötürülən informasiyanın məzmununa görə müstəqil məsuliyyət daşıyır.

    4. Müqavilənin qüvvədə olma müddəti

  • Müqavilə Kart sahibinin hazırki razılığı qəbul etdikdən və qeydiyyat formasının düzgün doldurduqdan sonra qüvvəyə minir.
  • Müqavilə kart nominalının qurtarması ilə öz qüvvəsini itirir.

    Əgər aydın olmayan məsələ vardırsa, aşağıdakı telefon nömrəsi ilə texniki bölməyə müraciət edə bilərsiniz: 93-93-19




  •